AVTO

Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır
01 NOYABR
493

Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır

2018-11-01 14:33:00

Dövlət müəsissələrinə aid olan avtomobillər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 20-də hərraca çıxarılacaq. ƏMDK-dən Fins.az-a verilən məlumata görə, hərracda 9 dövlət maşını təqdim olunacaq.

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Banka ödənilməlidir)

Hərracda keçirilən avtomobillərin siyahısını təqdim edirik

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250