AVTO

“Ford” 1 milyondan çox avtomobili geri çağırdı
26 OKTYABR
163

“Ford” 1 milyondan çox avtomobili geri çağırdı

2018-10-26 09:36:00

“Ford” yanacaq sistemindəki nasazlıq səbəbindən ABŞ-dakı 1,3 milyon avtobusunu geri çağırıb.

Fins.az xəbər verir ki, avtomobil şirkəti nasazlığın mühərriki 2 litr olan 4 silindirli “Focus” modellərində aşkarlandığını bildirib. Avtomobillərdəki problem Beynəlxalq Nəqliyyat Təhlükəsizliyi İdarəsinin sürücülərin şikayətlərindən sonra məlum olub.

Şirkət avtomobil sahiblərinə hələlik yanacaq çənini yarıyadək doldurmağı məsləhət görüb. Maşınların dekabrın 10-dək sazlanacağı bildirilib. Problemlə əlaqədar indiyədək hər hansı qəza yaşanmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252