AVTO

Məşhur avtomobil istehsalçısı ittiham olunur
28 SENTYABR
351

Məşhur avtomobil istehsalçısı ittiham olunur

2018-09-28 16:34:00

Amerika Birləşmiş Ştatlarının Qiymətli kağızlar və Birja Komissiyası, elektrikli avtomobil istehsalçısı Tesla-nın sahibi İlon Maskı (Elon Musk) dələduzluqda günahlandırır. 

Fins.az-ın məlumatına görə, komissiya, Maskın, Tesla səhmlərini geri toplamaq və birjadan çıxmaq üçün maliyyə mənbəyi tapdığına dair açıqlamasının "doğru olmadığını və yanlış istiqamətverici" olduğunu bildirir.

Məhkəmə ilə, Maskın, səhmləri birjada alınıb-satılan bir şirkətə rəhbərlik etməsinin qadağan edilməsi tələb edilir. 47 yaşlı Cənubi afrikalı biznesmen, keçən ay şirkət səhmlərini geri yığmaq üçün lazım olan maliyyə vəsaiti tapdığını açıqlayaraq, iş dünyasında böyük rezonans yaratmışdı. Məşhur sahibkar, haqqında qaldırılan iddianın ədalətli olmadığını, "doğrunun, şəffaflığın və investorların yaxşılığı üçün" hərəkət etdiyini bildirib.

Mask açıqlamasında, "Dürüstlük, mənim həyatımdakı ən mühüm dəyər olmuşdur və bunu heç vaxt mübahisə mövzusu etmədiyim məlumdur" - deyib. 

İlon Mask, şirkət səhmlərini toplamaq üçün investorlara, bir səhm üçün mövcud dəyərindən 20% artığı olan 420 dollarlıq ödəniş edəcəyini bildirmişdi.

Qiymətli kağızlar və Birja Komissiyası, Maskın əslində, hər hansı bir fond ilə müqavilə bağladığı bir yana, belə bir müqavilənin konturları haqqında məlumat vermədiyini qeyd edir. İlon Mask, uzun müddətdir ki, Tesla qarşısında qısa mövqe alan investorları (səhmlərin ucuzlaşacağını gözləyənlər) tənqid edir və bu mövqeyin şirkətin real işinə diqqət yetirməsinin qarşısında bir mane olduğunu deyirdi.

Ancaq Mask, "Twitter" üzərindən etdiyi açıqlamasından həftələr sonra, investorların tövsiyələri ilə səhmləri geri almaq planından imtina etdiyini bildirib. Birja Komissiyası, açıqlama ilə birjaya və investorlara zərər verildiyini qeyd edərək, yaranan "ciddi qarışıqlıq" səbəbindən cərimə də tələb edir.

Mask, ABŞ-ın kosmos raketi istehsalçısı "SpaceX" şirkətinə də rəhbərlik edir.

Eləcə də bax:http://fins.az/dunya/957538/artiq-turkmenistan-ehalisi-de-bunlara-gore-pul-odeyecek.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260