AVTO

Hansı naviqasiya proqramı yaxşıdır ? Müqayisə edirik
20 SENTYABR
1632

Hansı naviqasiya proqramı yaxşıdır ? Müqayisə edirik

2018-09-20 13:06:00

Yəqin ki, avtomobil alanda onunla uzaq məsafələrə səfər edəcəyinizi düşünürüsünüz. Fins.az avtostop-un yazısını təqdim edir. Mən də o adamlardanam ki, avtomobillə uzaq səfərlərə çıxıram. Səfərə çıxanda hansı naviqasiya proqramı sizə yardımçı olacaq bu gün ondan danışacam.

İlk olaraq interenet tələb edən və onçine çalışan proqramlardan başlayaq.  

Azərbaycanın yerli AzNav proqramı yalnız Azərbaycan ərazisində çalışır. "Əmlak məsələləri üzrə dövlət komitəsi"-nin məhsulu olan bu proqram hətta tıxac belə göstərir. AzNav Gürcüstan sərhədinə qədər sizə yardımçı ola bilər. Ordan o yana bu proqram sizə lazım deyil. Proqram yüngüldür, ilişməsi yoxdur və kifayət qədər yaxşı hazırlanıb. Ünvanlar dəqiqdir. Axtarışa verdikdə tez-tez axtarılan yerləri və ya olduğun yerə ən yaxın obyektləri göstərir. Daha sonra ünvanı dəqiqliklə vursanız naviqasiya sizi yanıltmayacaq. Axtarışı ad və ya küçə adı ilə vermək olar. Tıxacda itirilən zamanı belə hesablayır.

Növbəti online proqram isə Waze-dir. Yalnız online olması onun ən mənfi cəhətidir. Amma yüngül və sabit işləməsi bu məsələni sizə unutdurur. Azərbaycan dilində menüsu , azərbaycan dilində axtarış və azərbaycan dilində naviqasiyası var. Azərbaycan dilli Wazeni bizim verilişin soundtreklərini hazırlayan məhşhur reper ProMete işləyib. Düzdür bəzi yerlərdə radarların yeri səhv qeyd edilib. Lakin siz özünüz də weyzer kimi xəritələrə əlavələr edə və ya səhvləri düzəldə bilərsiniz. Waze istifadəçilərin köməyi ilə inkişaf edən naviqasiyadır. Amma online olması sizin getdiyiniz ölkədə internetinizin olmasına bağlıdır. Məsələn mən Gürcüstanda tam ayrı naviqasiya, Türkyədə isə türk nömrəsi alaraq wazedən istifadə etdim.

Sözün düzü, burada apple map, google map-dən bəhs edə bilərdim. Amma bu xəritələr ölkəmizdə naviqasiya təqdim etmirlər. Onlar da online-dir. Türkiyə, Rusiya ərazisində tam olaraq çalışırlar. Google maps tıxac haqqında məlumat verir, amma naviqsiyası "axsaqdır". Bu xəritələrdə mütləq internet lazım olacaq. Google mapsin offline xəritəsi Azərbaycanda natamam çalışır.

Keçək offline yəni internetsiz çalışan proqramlara. Bunlardan birincisi avtomobilimdə olan Naviteldir. "Hundai" yeganə şirkətdir ki, öz avtombillərinə azərbaycan dilli naviqasiya yükləyir. Offlline olaraq xəritələri yükləyirsiniz və rahat məsafə qət edəcəksiniz. Mənfi tərəfi odur ki, bir müddət sonra xəritə köhnəlir. Hər dəfə yeniləmək üçün isə servisə getmək lazımdır. Həmçinin Navitel Türkiyədə çalışmır. Ona görə Maps Me xəritəsi köməyinizə gələr. Offline olduğuna görə xəritəni öncədən yükləyirsiniz və geniş axtarış sistemi ilə istədiyiniz ölkədə internetsiz istifadə edə bilərsiniz. Lakin maps me-nin əsas mənfi cəhəti yalnız bir marşrutu təklif etməsidir. Ən azı iki marşurut təklf etsəydi, bu zaman istifadəçi özünə uyğununu seçə bilərdi. Apple maps və ya Google maps-də olduğu kimi. Türkiyəyə naviqasiya vurduqda Maps me Ermənistan ərazisindən marşurut qurur. Bu isə bu proqramın ən böyük mənfi cəhətidir. Ölkə içərisində isə rahatlıqla hərəkət edə bilərsiniz.

Bu siyahıda mənim favoritim Yandeks xəritədir. İnanılmaz dərəcədə rahatdır. Üstəgəl həm online , həm də offline-dir. Ölkəni tərk edən kimi offline rejimə keçib yenə də hərəkətinizi davam etdirə bilərsiniz. Marşurut seçimində 3 yol təklif edirvə tıxacları nəzərə alır. Və siz özünüzə uyğun marşurut seçə bilirsiniz. Həm Azərbaycanda, həm də digər ölkələrdə də çalışır. Google maps bizdə naviqasiya vermir, amma yandeks verir. Xəritə hər zaman aktualdır. Ünvanlar doğrudur. Düzdür, bəzən "ə" hərfi ilə dostluq etmir, amma sizi yarı yolda qoymayacaq bu dəqiqdir. Mənfi cəhəti kimi obyekti xəritədə seçib ora marşurut təyin edə bilməməsini göstərə bilərəm. Yalnız axtarışla ünvana gedə bilərsiniz. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256