AVTO

Avtomobil hissələrinin idxalı 38% artıb
14 SENTYABR
352

Avtomobil hissələrinin idxalı 38% artıb

2018-09-14 10:16:00

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 1 mlrd. 639 mln. 239,87 min ABŞ dolları dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri idxal edib.

Bu barədə Fins.az  Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, məbləğ baxımından 2017-ci ilin 8 ilə müqayisədə 457 min 537,56 manat və ya 38,72% dəfə çoxdur.

Xatırladaq ki, 2017-ci ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 1 mlrd. 181 mln. 702,31 min dollar dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-avqust aylarında maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 23,88%-ni təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256