AVTO

Benzin qalxandan sonra bu yolu seçdilər
28 AVQUST
3171

Benzin qalxandan sonra bu yolu seçdilər

2018-08-28 12:58:00

Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti qalxandan sonra avtomobillərə qaz avadanlıqları quraşdırmaq istəyənlərin sayı artıb.

Fins.az-ın məlumatına görə, bunu “Evroqaz”  şirkətinin müdiri Emin Alışırov məsələ ilə bağlı Modern.az-a deyib. O, bildirib ki,  benzin qiyməti qalxandan sonra avtomobillərinə qaz avadanlığı quraşdırmaq üçün müraciət edənlər çoxalıb:
“Propan qazının bir litri 40 qəpikdir,  Aİ-95 markalı benzin isə 1 manat 50 qəpikdir. Bu da hər il 2000 manata qənaət etmək üçün real imkandır”.E.Alışırov bildirib ki, “Euroqaz”ın quraşdırdığı avadanlıqlar İtaliya istehsalılıdr. “Avadanlıqların qiyməti silindr sayına görə dəyişir. 4 silindr üçün 1550 manat, 6 silindr üçün 1800 manat, 8 silindr üçün 2200 manat təşkil edir”.

Oxşar xəbər: Maşını qaza keçirməyin üstünlükləri və mənfi cəhətləri

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253