AVTO

İçində hamamı olan maşın təqdim olundu - FOTO
16 AVQUST
359

İçində hamamı olan maşın təqdim olundu - FOTO

2018-08-16 16:11:00

Volkswagen şirkəti Düsseldorfda keçirilən kemperlər sərgisində Crafter modelinin bazasında yaradılan Grand California adlı təkərlər üzərində olan «ikimərtəbəli evi» təqdim edib. Keçən il bu zaman alman istehsalçısı avtomobilin konseptual variantını təqdim etmişdi.

Fins.az-ın məlumatına görə, Gand California modeli altı metrlik uzunluğa və 3,6 metrlik təkər bazasına malikdir. Kabinanın hündürlüyü isə 2.2 metr təşkil edir. 180 dərəcə dönən ön oturacaqların arxasında stolu olan nahar zonası yerləşir. Tualeti, duşu və qatlanan tası olan bir kvadrat metrlik vanna otağı quraşdırılıb

Bu zonadan sonra isə, tualeti, duşu və qatlanan tası olan bir kvadrat metrlik vanna otağı quraşdırılıbdır. Hərəkət vericiləri sayəsində kemperdəki işıqlar avtomatik olaraq yanıb-sönür. Duşdakı suyun temperaturu tənzimlənir. Su çəninin həcmi isə 110 litr təşkil edir.

Bundan sonra, ikigözlü plitə və qab yumaq üçün tas yerləşir. Burada müxtəlif əşyalar üçün ölçülü bölümlər, dolab və 70 litrlik soyuducu da mövcuddur.  Salonun arxa hissəsində isə iri çarpayı vardır.

Opsiya olaraq, iki yerli çarpayısı olan «ikinci mərtəbəni» də sifariş etmək olar. Bu halda avtomobilin hündürlüyü 3 metrə çatacaqdır. Opsional avadanlıq siyahısına əlavə istilik sistemi, velosiped, markiza və kempinq üçün lazım olan digər ləvazimatların bərkidilməsi sistemi də daxil edilibdir.

Avtosfer

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256