AVTO

Maşın bazarında qiymətlər artmaqda davam edir
30 İYUL
316

Maşın bazarında qiymətlər artmaqda davam edir

2018-07-30 15:14:00

Azərbaycanda bu ilin iyun ayında minik avtomobilləri 0,1% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,2% artım qeydə alınıb. Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbərə verir. İllik müqayisədə isə minik avtomobillərinin qiymətində 1,4% azalma, velosipedlərin qiymətində 5,2% artım qeydə alınıb.

Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb, may ayında 0,1% bahalaşıb.

Velosipedlərin qiyməti isə yanvarda 0,7% bahalaşıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1%, may ayında 0,3% artıb.

Rəsmi statistikaya əsasən, iyunda 1 minik avtomobili üçün orta qiymət 34 407manat, velosiped üçün isə 162 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254