AVTO

Azərbaycana gətirilən avtomobillər sürətlə artır
12 İYUL
231

Azərbaycana gətirilən avtomobillər sürətlə artır

2018-07-12 12:50:00

2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 9588 ədəd nəqliyyat vasitəsi idxal olunub. Beləliklə, ilin birinci yarısında avtomobil idxalı 10 min ədədə yaxınlaşıb. Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb. 2017-ci ilin ilk 6 ayında Azərbaycanda 3 483 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Cari ilin İyun ayında idxal edilmiş nəqliyyat vasitələrinin sayı 2294 ədəd təşkil edib. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 7294 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

 Ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında minik avtomobillərinin idxalı 2971 ədəddən 8 485 ədədə qalxıb (2,8 dəfə artım).

 Cari ilin İyun ayında idxal edilmiş minik avtomobillərinin sayı 2021 ədəd təşkil edib. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 6464 ədəd minik avtomobili idxal olunmuşdu.

2018-ci ilin yanvar-iyun ayları ərzində ölkəyə gətirilmiş avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 485 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 978  ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267