AVTO

Lada Vesta Sport təqdim edildi -FOTO
11 İYUL
529

Lada Vesta Sport təqdim edildi -FOTO

2018-07-11 10:46:00

 "AvtoVAZ" Vesta ailəsinin bayraqdarı olan “qaynar” Vesta Sport modelini təqdim edib. Fins.az xəbər verir ki, “Qaynar” sedan adi modeldən orijinal bamperləri, arxa spoyleri və 16 millimetr azaldılmış klirensi ilə seçilir.

Lada Vesta Sport modeli 162 millimetrlik klirensə, genişləndirilmiş təkər tağlarına, diffuzoru olan arxa bamper, kandar əlavələrinə, 17-düymlük təkər disklərinə və buraxılış sisteminin cütlənmiş çıxış borularına sahib olubdur.

Modelin şassisi idarəetmənin yaxşılaşdırılması məqsədi ilə yenidən işlənibdir. Belə ki, Lada Vesta Sport xüsusi amortizatorlar və asqı elementləri ilə təchiz edilir. Bundan əlavə, “qaynar” sedan iri diametri olan əyləc disklərinə sahib olub.

Vesta Sport modeli gücü 122 at qüvvəsindən 145 at qüvvəsinə qədər artırılmış 1,8-litrlik mühərrik ilə təchiz edilir. Güc aqreqatı 187 Nm fırlanma anı hasil edir. Mühərrik yeni paylayıcı vallara, təkmilləşdirilmiş qazpaylayıcı fazaların tənzimlənməsi sisteminə və dəyişdirilmiş buraxılış  sisteminə malik olub. Güc aqreqatı beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəkdir. İlkin məlumata görə, Vesta Sport 100 km/saat həddini 9,6 saniyəyə toplayacaqdır.

“Qaynar” Vesta modelinin təchizatına idman tənzimləmələri olan elektron stabilizasiya sistemi, döngələri işıqlandırma funksiyası, işıqdiodlarından gündüz hərəkət işıqları, xüsusi örtüklü oturacaqlar və fon işıqlandırması daxildir. 

Vesta Sport modelinin kütləvi təqdimatı avqustun sonunda işinə başlayacaq Moskva avtosalonunda keçiriləcəkdir.

autograph.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251