AVTO

Xəzər" avtomobillərinin satışa çıxarılacağı vaxt açıqlandı
08 İYUN
1007

Xəzər" avtomobillərinin satışa çıxarılacağı vaxt açıqlandı

2018-06-08 14:13:00

Neftçala Avtomobil Zavodunda aşağı sinif avtomobillərin istehsalı planlaşdırılır. Bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.

Onun sözlərinə görə, bu avtomobillərin qiyməti 14 min manat olacaq: "Biz həm də yan sənayeni inkişaf etdirmək niyyətindəyik. Bu isə avtomobillərin qiymətlərinin 10-12% ucuzlaşmasına səbəb olacaq. İyunun 20-dən etibarən avtomobillərin ehtiyat hissələrinin satışına başlanacaq. İyunun 11-dən etibarən isə Badamdar, Babək və Ziya Bünyadov prospektlərində yerləşən satış mərkəzlərində avtomobillərin satışına başlanılacaq".

O deyib ki, ilkin olaraq 100 ədəd "Xəzər" avtomobili satışa çıxarılacaq: "Ayda 160 ədəd avtomobil istehsalı planlaşdırılır".

Qeyd edək ki, Neftçala Avtomobil Zavodunda "Xəzər SD" və "Xəzər LD" markalı avtomobilləri istehsal olunur. Zavodun illik istehsal gücü 10 min avtomobildir. (Report.az)

Eləcə də bax: “Xalq avtomobili”nin unikal şərtlərlə satışına başlanıldı - FOTO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257