AVTO

Yol polisi sürücülərə müraciət edib
04 İYUN
232

Yol polisi sürücülərə müraciət edib

2018-06-04 11:07:00

Bakıda iyunun 5-9 tarixlərində keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyi diqqət mərkəzindədir. Bakı şəhər Baş Polis İdarəsinin BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Səbail rayonu, Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər avtomobillərin hərəkəti tam məhdudlaşdırılmadan, dəyişiklik edilməklə, hərəkət yolun sağ zolağı istiqamətində nəzərdə tutulub: “Yarış iştirakçılarının təhlükəsizliyinin mühafizəsi məqsədi ilə yol iki hissəyə bölünməklə sürət həddi 30-50 km müəyyən olunub. Ərazi üzrə müvafiq yol nişanları quraşdırılıb və istiqamətverici xətlərlə hərəkət tənzimlənir. Səbail rayonunun “Şıx sahəsi” ərazisində, “Dostluq parkı”da yoxlanış-buraxılış-keçid hissələri tam nəzarətə götürülməklə polis əməkdaşları tərəfindən mühafizə olunur.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Qeyd edilən ərazilər üzrə yarışların startı verilən andan etibarən paytaxtın Şimal tərəfindən giriş və çıxışı digər yolla tövsiyyə olunur. Bibiheybət məscidindən Şimal istiqamətində sünü sıxlığın yaranmaması üçün 20-ci sahə dairəsindən dağüstü yolla – Badamdart qəsəbəsindən keçməklə Mikayıl Müşfiq küçəsi ilə III kənar dairəvi yolla, Şimaldan paytaxt mərkəzinə doğru hərkət edənlər Lökbatan dairəsindən III kənar dairəsi yolla Yasamal rayonu ərazindən qeyd edilən yolla hərəkət edə bilər.

Dünya çempionatının yüksək təhlükəsizlik səviyyəsində təşkili və keçirilməsi məqsədilə hazırlıq işlərinin gedişi, qonaqların qarşılanması və yerləşdirilməsi üzrə işlər planlı və qarafikə uyğun davam etdirilir.

Sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər”.

Eləcə də bax: “Xalq avtomobili”nin unikal şərtlərlə satışına başlanıldı - FOTO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267