AVTO

Bakıda qiyməti yarım milyondan yuxarı ikinci əl avtomobillər satılır-FOTOLAR
05 MAY
2723

Bakıda qiyməti yarım milyondan yuxarı ikinci əl avtomobillər satılır-FOTOLAR

2018-05-05 10:36:00

Məşhur italyan superkarı “Ferrari”nin Bakıda ikinci əl modelləri təklif edilir. Fins.az xəbər verir ki, bununla bağlı yerli “Ferrari” dilerinin saytında məlumat yer alıb.

Satışa çıxarılan avtomobillər arasında 2014-cü il model “Ferrari FF”, “Ferrari 458 İtalia”, “Ferrari California”, “Ferrari 458 Spider” modelləri yer alıb. Cəmi 1000 kilometr sürülən 4 avtomobilin qiyməti 245-342 min dollar arasında dəyişir. Başqa sözlə, avtomobillərin qiyməti 416-581 min dollar təşkil edir.

 “Ferrari” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi “Avtolux Azerbaijan” şirkətindən isə Fins.az-a bildirilib ki, adı çəkilən avtomobillər hazırda satış salonunda var, amma onlar ikinci əl deyil, yenidir. 
 
Fins.az həmin elanları sizə təqdim edir:
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277