AVTO

Azərbaycanda qaz sistemi quraşdırılan avtomobillərin sayı sürətlə artır - VİDEO
01 MAY
476

Azərbaycanda qaz sistemi quraşdırılan avtomobillərin sayı sürətlə artır - VİDEO

2018-05-01 10:56:00

Son zamanlar ölkəmizdə metan qaz sistemi quraşdırılan avtomobillərin sayı sürətlə artır. Buna səbəb metan qazının propana nisbətən ucuz olması eyni miqdarda yanacaqla daha çox yol qət etməyin mümkünlüyüdür. Belə ki, 5 manatlıq metan qazı ilə hətta 190 kilometr yol qət etmək mümkündür.

Həm qiyməti ucuzdur, həm də bu növ yanacaqla daha çox yol qət etmək olur. Söhbət son zamanlar ölkəmizdə avtomobillərə quraşdırılması geniş yayılan metan qazından gedir. Bu növ qazın, propan qazdan əsas fərqi daha qənaətcil olmasıdır. Üstəlik, propan qazının litri 40 qəpiyə satıldıgı halda, metan qazının kubu 35 qəpiyə satılır.

Ustalar bu sistemin daha təhlükəsiz olduğunu bildirirlər.

Fins.az xəbər verir ki, metan qazının avtomobillərə quraşdırılmasının qiyməti isə propan qazdan elə də fərqlənmir. Yəni bu sistemin 4 silindirli avtomobillərə quraşdırılması 1250 manat, 6 silindirli avtomobillərə quraşdırılması isə 1350 manat, 8 silindirli avtomobillər quraşdırılamsı isə 1450 manata başa gəlir. Üstəlik, bu sistemi dizel mühərrikli maşınlarada quraşdırmaq da mümkündür.

 Metan qazın yegənə mənfi cəhəti yanacaq doldurma məntəqələrinin az olmasıdır. 

Qeyd edək ki, paytaxt yollarında hərəkət edən müasir avtobuslar da metan qazı ilə işləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276