AVTO

Rəsmi avtoservislərdə diaqnostika neçəyədir? -SİYAHI,QİYMƏTLƏR
02 APREL
453

Rəsmi avtoservislərdə diaqnostika neçəyədir? -SİYAHI,QİYMƏTLƏR

2018-04-02 11:16:00
Azərbaycanda avtomobil servis qiymətləri ucuz deyil, buna baxmayaraq servis mərkəzləri müştəri qıtlığı da çəkmir. Hazırda ən çox tələb olunan xdimətlərdən biri avtomobillərin diaqnostikasıdır. Fins.az Fed.az-a istinadən xəbər verir ki, Bakıdakı avtoservislərdə diaqnostika xidmətləri 10 manatdan başlayır və 418 manatadək davam edir. Oxucu marağını nəzərə alaraq ölkədə fəaliyyət göstərən müxtəlif avtomobil markalarının servis mərkəzlərindəki ümumi və elektron diaqnostika qiymətlərini araşdırıb. Qeyd edək ki, servis mərkəzlərinin təqdim etdikləri diaqnostika qiymətləri həmin marka üzrə bütün modellərə şamil edilir.

 “Toyota”
Ümumi diaqnostika 22 manat, elektron diaqnostika 33 manat;
 
“BMW”
Ümumi diaqnostika 17 manat, elektron diaqnostika 41 manat;
 
“Changan”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 15 manat;
 
“Fiat”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 20 manat;
 
“Opel”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 15 manat;
 
“Infiniti”
Ümumi diaqnostika 15 manat, elektron diaqnostika 46 manat;
 
“Nissan”
Ümumi diaqnostika 15 manat, elektron diaqnostika 36 manat;

“Bentley”
Ümumi diaqnostika 200 avro (418 manat), elektron diaqnostika 100 avro (209 manat);
 
“KIA”
Ümumi diaqnostika 15 manat, elektron diaqnostika 15 manat;
 
Volkswagen”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 30 manat;
 
“Lexus”
Ümumi diaqnostika 20 manat, elektron diaqnostika 30 manat;
 
“Porsche”
Ümumi diaqnostika 20 manat, elektron diaqnostika 30 manat;
 
“SEAT”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 20 manat;
 
“Mercedes”
Ümumi diaqnostika: avtomobil son 5 ilin istehsalıdırsa 36 manat, 5 il əvvəlin istehsalıdırsa 29 manat. Elektron diaqnostika: avtomobil son 5 ilin istehsalıdırsa 29 manat, 5 il əvvəlin istehsalıdır 23 manat;
 
“Lada”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 10 manat;
 
“Ferrari”
Ümumi diaqnostika 177 manat, elektron diaqnostika 236 manat;
 
“Volvo”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 30 manat;
 
“Suzuki”
Ümumi diaqnostika 15 manat, elektron diaqnostika 10 manat;
 
“Chevrolet”
Ümumi diaqnostika 16 manat, elektron diaqnostika 10 manat;
 
“Cadillac”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 20 manat;
 
“Lamborghini”
Ümumi diaqnostika 177 manat, elektron diaqnostika 236 manat;
 
“Mazda”
Ümumi diaqnostika 18 manat, elektron diaqnostika 18 manat;
 
“Honda”
Ümumi diaqnostika 17,70 manat, elektron diaqnostika 17,70 manat;
 
“Subaru”
Ümumi diaqnostika 18 manat, elektron diaqnostika 18 manat;

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267