AVTO

Yol polisindən sürücülərə -MÜRACİƏT
12 MART
306

Yol polisindən sürücülərə -MÜRACİƏT

2018-03-12 15:01:00

Yol polisi qeyri-sabit və yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında sürücüləri diqqətli olmağa çağırıb: “Sürücülərə müraciət edirik ki, yolların sürüşmə ehtimalının olmasını nəzərə alaraq minimum sürətlə hərəkət etsinlər, qoyulmuş yol nişanlarına diqqət yetirsinlər, nizamlanan yolayrıclarında diqqətli olsunlar, keçmə növbəliliyini təmin etsinlər”. Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq paytaxtda və rayonlarda aramsız yağışlı hava müşahidə edilir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272