AVTO

Şantaj oluna bilərsiniz - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
07 FEVRAL
3466

Şantaj oluna bilərsiniz - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

2018-02-07 16:47:00

Müxtəlif vasitələrlə avtomobil sahiblərinin nömrələrini əldə edərək onları sığorta ilə bağlı bezdirən sığortaçı qızlar yeni satış üsuluna başlayıb. İndi də sürücüləri şantaj edərək sığorta satmağa çalışırlar. Bunu Fins.az-a açıqlamasında sığorta ekspertləri bildirib. Belə ki, sığorta agentliklərinin işçiləri sürücülərə zəng vurub onların əlaqə vasitələrinin Maliyyə Nazirliyi və yaxud Maliyyə Bazarlarına Nəzarət Palatasından verildiyini və sığorta müddətinin bitdiyi üçün avtomobillərini sığortalamalı olduqlarını bildirirlər. Sürücüdən sığorta ilə bağlı razılıq ala bimədikdə isə onlara aid məlumatların yol polisinə ötürəcəklərini və nəticədə cərimə ediləcəklərini deyirlər. Sürücü avtomobilinin sığortalı olduğunu bildirdikdə isə həmin sığorta şirkətinin vəziyyətinin yaxşı olmadığını, bağlanacağını və avtomobilinin yenidən sığortalanmalı olduğunu bildirirlər:“Məsələn, deyirlər ki, sizi aldadıblar, biz sistemdə baxırıq sizin avtomobilin sığortası yoxdur. Gəlin, biz sığortalayaq”.

Eləcə də bax:Sürücülər icbari sığortanı necə yoxlaya bilər? – VİDEO

 Bundan narahat olan sürücü isə dərhal avtomobilini sığortaladığı şirkətə müraciət edir və ortada anlaşılmazlıq yaranır.   Bildirirlər ki, belə şantajla məşğul olanlardan biri ilə əlaqə saxlayıb. Özlərini əsasən sığorta şirkətlərinin adları ilə təqdim edirlər. Amma əsasən sığorta agentliklərinin işçiləridir:“Ən pisi odur ki, məlumat bazasının dövlət qurumu tərəfindən verildiyini bildirərək bu qurumların adından istifadə edirlər. Bu gün ərzində 5, son 10 gündə bununla bağlı 30-40-a yaxın şikayət daxil olub".

Ekspertlər hesab edir ki, ilk növbədə belə neqativ halların qarşısını Maliyyə Bazarlarına Nəzarət Palatası almalıdır. Məsələn, Palata bu kimi şikayətlərlə bağlı tədbir görmək üçün qaynar xətt yarada bilər və araşdırmaya başlaya bilər.

Bundan əlavə, Palata müştərilərin məlumat bazası belə şəxlərin əlinə necə keçdiyini araşdırmalıdır və dövlət qurumlarının adından istifadə edib avtomobil sahiblərinə hədə qorxu gəldikləri üçün belə şəxslər aşkar edilib cinayət məsuliyyətinə cəlb edilməlidir.

Avtomobil sahibləri isə təcrübəsi olan sığorta şirkətlərinə müraciət etməlidirlər. Ən azından belə zəng edən “sığortaçı”lara qarşı ehtiyatlı davransınlar: “Məsələn, siz ötən il avtomobili bir sığorta şirkətində sığortalamasız, amma sizə sığorta üçün yenidən başqa şirkətdən zəng vururlarsa bu şübhə doğurmalıdır. Soruşmalıdır ki, onun nömrəsini necə əldə edib”.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255