AVTO

Bu maşınlar bitkoinlə satılacaq
10 YANVAR
435

Bu maşınlar bitkoinlə satılacaq

2018-01-10 19:03:00

Dünyanın ən nəhəng karxana yük maşınlarının istehsalçısı olan Belarusun "BelAZ" şirkəti məhsullarını kriptovalyuta ilə satacağını bildirib.

Fins.az xəbər verir ki, bu barədə Şirkətin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, "BelAZ" 11-30 yanvar tarixlərində öz məhsullarını kriptovalyuta ilə satmağı təklif edir: "Bitkoin dövlət və bank mərkəzləri ilə əlaqədə deyil. Onunla interneti olan hər kəs hesablaşa bilər".

Xatırladaq ki, "BelAZ" kriptovalyuta ilə məhsullarını satışa çıxaran ilk nəhəng şirkətdir. Ötən ay Belarus hökuməti rəsmi olaraq kriptovalyuta ilə istənilən əməliyyatlara icazə verib.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251