AVTO

Bakıda yeni avtomobil salonu açılacaq – EKSKLÜZİV
04 YANVAR
436

Bakıda yeni avtomobil salonu açılacaq – EKSKLÜZİV

2018-01-04 10:58:00
Bakıda yeni avtomobil salonu açılır. Söhbət “Ravon” adı altında yenidən  istehsal edilən Daewoo avtomobillərindən gedir. Bu barədə Fins.az-a “Ravon” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “UzAvto Baku” şirkətinin rəhbəri Otabek Saliyev bildirib. Onun sözlərinə görə, “Ravon” markasının Babək prospektində yeni salonun açılması üçün hazırlıq işləri davam edir. Yanvar ayının sonundan etibarən salon fəaliyyətə başlayacaq. Yeni salon Babək prospekti, 42 ünvanında- SsanYong avtomobillərinin əvvəlki satış mərkəzində fəaliyyət göstərəcək.
Qeyd edək ki, buna qədər “Ravon” avtomobillərinin satışı Xırdalan yolunda yerləşən salon və “Badamdar Avtombil Bazarı” vasitəsilə həyata keçirilirdi. O.Saliyev bildirib ki, Xırdalan istiqamətində yerləşən salon şəhərdən nisbətən kənar olduğuna görə satış üçün effektiv olmayıb. Yeni salonun açılması da məhz bununla bağlıdır. Şirkət rəhbəri yeni salon üzrə optimist satış planını da açıqlayıb:“Bir ayda ən yaxşı halda 4 model üzrə 50 avtomobil satmağı planlaşdırırıq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301