AVTO

Ən çox qaçırılan avtomobillərin adları AÇIQLANIB
16 DEKABR 2017
629

Ən çox qaçırılan avtomobillərin adları AÇIQLANIB

2017-12-16 14:00:00

Rusiyanın iki ən böyük şəhərində - Moskva və Sankt-Peterburqda ən çox qaçırılan avtomobillərin adları açıqlanıb. Fins.az-ın Trend-ə istinadən məlumatına görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Moskvada ən çox “Land Rover Discovery”, Sankt-Peterburqda isə “Mercedes S-Class” avtomobil oğruları arasında populyardır. Bundan başqa, paytaxtda “Honda PILOT”, “Toyota Camry” və “Toyota Highlander” avtomobilləri qaçırılır. Sankt-Peterburqda isə “Lada Granta”, “Jeep Grand Cherokee”, UAZ "Patriot" və “Nissan Almera” ən çox qaçırılan maşınlar arasında yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301