AVTO

Azərbaycanın avtomobil bazarında qiymətlər sabit qalıb
12 DEKABR 2017
348

Azərbaycanın avtomobil bazarında qiymətlər sabit qalıb

2017-12-12 16:42:00

Bu ilin noyabr ayında Azərbaycanda minik avtomobillərinin qiyməti dəyişməz qalıb, onların ehtiyat hissələri və avadanlıqları isə 0,2% bahalaşıb.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bununla yanaşı, avtomobil akkumulyatoru, amortizatoru, avtomobil qaçırdılmasına qarşı qurğunun qiyməti sabit qalıb. Velosipedlərin qiymətində də noyabr ayı ərzində 0,3% artım qeydə alınıb. Xatırladaq ki, oktyabrda minik avtomobillərində 3,1%, velosipedlərdə 0,3% bahalaşma müşahidə olunub. 

Ümumiyyətlə, cari ilin noyabr ayında oktyabra nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri 0,3% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254