AVTO

Bakıda ucuz avtomobillər satışa çıxarılır – Hərracda 11 avtomobil var
07 DEKABR
328

Bakıda ucuz avtomobillər satışa çıxarılır – Hərracda 11 avtomobil var

2017-12-07 11:11:00
Əmlak Məsələləri Dövlət Komitəsi dekabr ayında avtomobillərin növbəti hərracını keçirəcək. Fins.az xəbər verir ki, Dövlət Komitəsi tərəfindən dekabrın 19-da baş tutacaq hərraca 11 ədəd nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılacaq avtonəqliyyat vasitələrinin siyahısını təqdim edirik.

Qeyd:

1-7-ci sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan  nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə  təkrar hərraca çıxarılır

8-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan  nəqliyyat  vasitəsi 4-cü dəfə 25% endirimlə  təkrar hərraca çıxarılır.

9-cu sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan  nəqliyyat vasitəsi 5-ci dəfədən çox  50% endirimlə təkrar hərraca çıxarılır

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287