AVTO

Azərbaycanda “Niva”nın çox satılma sirri açıqlandı – EKSKLÜZİV
30 NOYABR 2017
1937

Azərbaycanda “Niva”nın çox satılma sirri açıqlandı – EKSKLÜZİV

2017-11-30 16:15:00

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyadan Azərbaycana ixrac edilən “Lada” avtomobillərinin 63% azalması haqqında məlumat yayılıb. “AvtoVAZ”ın Azərbaycanda rəsmi nümayəndəsi “Xəzər Lada” şirkətindən Fins.az-a azalmanı təsdiqləyiblər. Şirkətdən bildirilib ki, baş verən iqtisadi proseslər, avtomobil bazarında yaranan vəziyyət ümumilikdə “Lada”ların da satışlarına təsir edib. Amma ümumilikdə bu ilin sonuna Azərbaycanda satışın həcmi 900 avtomobildən çox olacaq: “Ruslar deyirlər ki, belə bir şəraitdə bu qədər maşın satırsızsa siz igidsiz”.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Şirkətdən verilən məlumata görə, bu ilin 10 ayında Azərbaycanda 830-a yaxın “Lada” satılıb. İlin sonuna kimi şirkət daha 80-90 avtomobil satmağı planlaşdırır. Ən çox satılan “Niva”dır. Belə ki, ümumi satışların 60%-i “Niva”nın payına düşür. Başqa sözlə, 830 avtomobildən 500-ü “Niva”dır. Satışların qalan hissəsi “Priora”, “Granta”, “Kalina”, “Vesta” və “X Ray” modelləri ilə bağlıdır.

“Niva”nın lider olmasına gəlincə, şirkətdən bildiriblər ki, hazırda yaşından aslı olmayaraq bu modeli hər kəs xoşlayır: “İndi “Niva”nı cavan da alır, qoca da. Buna səbəb isə “Niva”nın digər modellərdən ucuz olmasıdır”.

Müəllif: Rahim Tarıverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267