AVTO

“Volkswagen” Çində elektrik avtomobilləri istehsal edəcək
29 NOYABR
102

“Volkswagen” Çində elektrik avtomobilləri istehsal edəcək

2017-11-29 10:20:00

Almaniyanın məşhur avtomobil istehsalçısı “Volkswagen Group” Çinin “JAC Motors” şirkəti ilə birlikdə çoxfunksiyalı nəqliyyat vasitələrinin, o cümlədən elektrik avtomobillərinin istehsalına dair memorandum imzalayıb.

Fins.az xəbər verir ki, sənədə əsasən, yaradılacaq birgə müəssisə “JAC Motors”un baş ofisinin olduğu Xefey şəhərində yerləşəcək. Müəssisə pikap, minivan və elektriklə işləyən avtomobillərin istehsalı ilə məşğul olacaq.

Qeyd edək ki, Çin bazarına 1978-ci ildə daxil olan “Volkswagen”in ilk birgə müəssisəsi 1984-cü ildə, ikincisi isə 1990-cı ildə yaradılıb. “Volkswagen” “Audi”, “SEAT”, “ŠKODA”, “Bentley”, “Bugatti”, “Lamborghini”, “Porsche”, “Ducati”, “Scania” və “MAN” brendlərinin sahibi olan “Volkswagen Group”, həm də Çində birgə müəssisə yaradan ilk xarici avtomobil istehsalçısıdır. Şirkət hazırda Çində avtomobil satışına görə xarici şirkətlər arasında ikinci yeri tutur.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290