AVTO

Avtomobil bazarı canlanır – İdxal 90%-ə yaxın artdı
14 NOYABR
300

Avtomobil bazarı canlanır – İdxal 90%-ə yaxın artdı

2017-11-14 11:40:00

Dövlət Gömrük Komitəsi 2017-ci ilin Yanvar-Oktyabr ayları ərzində Azərbaycana gətirilən avtomobillərin sayını açıqlayıb. Fins.az Komitəyə istinadən xəbər verir ki, bu ilin 10 ayında ölkəyə gətirilən avtomobillərin sayı 86% artaraq 8 102 ədəd təşkil edib. Halbuki ötən ilin eyni dövründə bu rəqəm cəmi 4 349 ədəd olmuşdu.

İdxal olunan nəqliyyat vasitələrinin 7 098 ədəd minik avtomobili, 795 ədədi yük avtomobili, 148 ədədi avtobus,61 ədədi isə xüsusi təyinatlı avtomobillər olub. Başqa sözlə, ölkəyə gətirilən minik avtomobillərinin sayı 88%, yük avtomobilləri 89,7%, avtobuslar isə 97% artıb. Yalnız xüsusi texnikaların sayı 23,7% azalıb.

Nəqliyyat vasitəsinin növü

İdxal 2016/10 ay

İdxal 2017/10 ay

Dinamika

minik avtomobili

3775

7 098

88%

yük avtomobili

419

795

89,7%

xüsusi texnika

80

61

-23,7

avtobus

75

148

97%

Cəmi

4349

8 102 

86%

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291