AVTO

Maşın üçün bu detaldan istifadə etməyin –TƏHLÜKƏLİDİR
19 OKTYABR 2017
1654

Maşın üçün bu detaldan istifadə etməyin –TƏHLÜKƏLİDİR

2017-10-19 09:39:00

Digər ehtiyat hissələri kimi avtomillərin “şaravoy” adlandırılan alt oynaq hissəsinin də original və Çin istehsalı variantı var. Avtomobil ustası Əli Sultanov açıqlamasında bildirib ki, “Şaravoy” alarkən original, yaxud Türkiyə istehsalı olanını alın: “Avtomobilin yükü alt oynaq hissənin üzərində olur. Köhnə modellərdə onun biri sağda, digəri solda yerləşir. Yeni modellərin hamısında isə bir ədəd olur. Onun orijinal, yaxud Türkiyə istehsalını almaq lazımdır, Çin istehsalını deyil. Çünki avtomobil sürətlə hərəkət edən zaman həmin hissə maşının altından çıxır. Bu da qəza şəraitini qaçılmaz edir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Çin istehsalını Türkiyə istehsalından qiymət fərqi ilə ayırd etmək mümkündür. Türkiyə istehsalı Çin istehsalından 2 dəfə bahadır. Görünüşcə onları yalnız işin mütəxəssisləri ayırd edə bilər. Sürücülərə məsləhətim ondan ibarətdir ki, haradan almaqlarından asılı olmayaraq, keyfiyyətli məhsul seçsinlər”.

 

© Metbuat.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269