AVTO

Yeni nəsil Jeep Wrangler 2,0-litrlik turbomühərrikə sahib olacaqdır
09 OKTYABR
198

Yeni nəsil Jeep Wrangler 2,0-litrlik turbomühərrikə sahib olacaqdır

2017-10-09 10:59:00

Növbəti nəsil Jeep Wrangler modeli 373 at qüvvəsi hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz ediləcəkdir. Bu barədə, istehsalçının ABŞ-ın yol hərəkəti üzrə təhlükəsizliyini təmin edən milli administrasiyasına (NHTSA) göndərilmiş sənəddə deyilir. Sənəd JL Wrangler Forums portalının sərəncamına daxil olub.

Yeni “Renqlerin” mühərrik çeşidinə 286 at qüvvəsinə malik olan 3,6-litrlik altı silindrli benzin mühərriki də daxil ediləcəkdir. Hazırda bu mühərrik Jeep Grand Cherokee modelinə quraşdırılır. Əvvəllər yeni avtomobilin dizel və hibrid güc aqreqatı ilə də təchiz ediləcəyi bildirilmişdir. Doğrudur, hibrid variant mühərrik çeşidinə sonuncu olaraq daxil ediləcəkdir. Ofroder mexaniki və səkkiz pilləli avtomatik ötürmələr qutuları ilə birgə çalışacaqdırlar.

Yeni nəsil “Renqler” modeli rama konstruksiyasını qoruyub-saxlayacaq, lakin alüminiumdan kuzova malik olacaqdır. Eyni zamanda, avtomobil bölünməyən körpülərdən də məhrum olacaqdır. Ofroderin təchiz edildiyi tam çəkiş sistemi də dəyişəcəkdir – artıq ön oxun birləşməsinə elektronika cavabdeh olacaqdır. Yeni Jeep Wrangler modeli dekabr ayının əvvəlində keçiriləcək Los-Anjeles avtosalonunda təqdim ediləcəkdir.

© autograph.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296