AVTO

“Dövlət elektromobil alanlara 50% endirim təşkil etsin” – TƏKLİF
14 SENTYABR
839

“Dövlət elektromobil alanlara 50% endirim təşkil etsin” – TƏKLİF

2017-09-14 10:26:00

Hazırda əsas avtomobil istehsalı ilə məşğul olan və digər ölkələr ekoloji cəhətdən təmiz olan elektromobillərə keçməyə başlayır. Bəzi ölkələr, o cümlədən Almaniya, Yaponiya, Çin artıq benzin və dizel mühərrikli avtomobillərdən imtina edirlər. Azərbaycanda isə hələlik elektromobillərə keçid istənilən səviyyədə deyil. Avtomobil şirkətlərinin yerli nümayəndəlikləri ara-sıra hibrid və elektromobil modelləri gətirsələr də, bu maşınların satışı kütləvi deyil. Bunun isə bir neçə əsas səbəbi var. Birincisi, bu avtomobillər Azərbaycanda kifayət qədər bahadır. Digər tərəfdən elektromobillərin ehtiyat hissələri və servisi aşağı səviyyədədir. Digər tərəfdən ölkə üzrə enerji yığım məntəqələrinin şəbəkəsi yaradılmayıb.

"Sirena Motors" şirkətinin marketinq meneceri Eyyub Əliyev Fins.az-a müsahibəsində bildirib ki, hazırda elektromobil bazarı araşdırılır. “Baic”in elektromobilləri müəyyən bir hissəsini 2018-cı ilin sonu 2019-cu ilin əvvəlləri üçün Azərbaycan bazarına çıxarmaq nəzərdə tutulub. Bununla belə hazırda bu maşınları gətirməməyimizin əsas səbəbi elektromobillər üçün infrastrukturun qurulmamasıdır. İnfrastrukturun qurulması, enerji yığım məntəqələrinin Bakıda və bölgələrdə qurulması ilə nəinki “Baic”, digər markalarda ekoloji cəhətdən təmiz olan bu avtomobillərə üstünlük verəcəklər.

E.Əliyevin hesab edir ki, burada dövlətin dəstəyi də vacibdir:”Məsələn, Çində elektromobil alanlara dövlət 50% endirim təşkil edir. Ümid edirəm ki, bizdə də yaxın illərdə ekologiyanın qorunması ilə bağlı belə proqramlar hazırlanacaq. Hesab edirəm ki, bu plan elektromobillərin gömrük xərclərindən və yaxud hansısa gəlir vergisindən azad edilməsi tipli güzəştlər ola bilər”.

E.Əliyev deyib ki, xərclər aşağı olsa elektromobillərin də gətirilməsi ucuz başa gələ bilər. Bu da idxalçıların da ölkəyə elektromobil gətirməsinə marağını artırar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287