AVTO

Bakıda 500-9500 manata avtomobillər satışa çıxarıldı -HƏRRAC
28 AVQUST
1842

Bakıda 500-9500 manata avtomobillər satışa çıxarıldı -HƏRRAC

2017-08-28 11:14:00
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 26 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 101 dövlət əmlakı çıxarılıb. Fins.az xəbər verir ki, hərraca çıxarılan 11 nəqliyyat vasitəsinin qiyməti isə 500 manatla 9 min 500 manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293