AVTO

Azərbaycana gətirilən avtomobillərin sayı artdı
11 AVQUST
403

Azərbaycana gətirilən avtomobillərin sayı artdı

2017-08-11 16:22:00

2017-ci ilin Yanvar-İyul aylarında Azərbaycana 4 468 ədəd avtomobil (nəqliyyat vasitəsi) gətirilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 55,2% çoxdur. 2016-cı ilin 7 ayında Azərbaycana 2 879 ədəd nəqiliyyat vasitəsi idxal olunmuşdu.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Yanvar-İyul aylarında 111 ədəd avtobus, 3 791 ədəd minik avtomobili, 519 ədəd yük avtomobili, 47  ədəd xüsusi təyinatlı avtomobil idxal olunub.

Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin Yanvar- İyul aylarında  2 475 ədəd minik avtomobili, 300 ədəd yük avtomobili, 44 avtobus, 60 ədəd xüsusi texnika idxal olunmuşdu.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287