AVTO

Sürət həddini aşanları nə gözləyir? –CƏRİMƏLƏR
11 AVQUST
2945

Sürət həddini aşanları nə gözləyir? –CƏRİMƏLƏR

2017-08-11 15:33:00

Yay mövsümü ilə əlaqədar bölgələrə istirahətə gedənlər artıb. Vətəndaşların bir qismi rayonlara öz şəxsi avtomobili ilə üz tutur. Bakıda il boyu tıxacda avtomobil sürməyə alışan sürücülər magistral yolda istər-istəməz sürəti bir qədər artırır. Yüksək sürət radarla yanaşı, qəza riskini də artırır. Fins.az bunu nəzərə alaraq bu qayda pozuntusuna görə, cərimə və balları sürücülərə xatırladır. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən müəyyən edilən sürət həddini aşan sürücüləri 10 manatdan 250 manata qədər cərimə, 2-4 cərimə balı gözləyir.

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

328.1.

Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə

on manat

-

328.2.

Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə

əlli manat

2 bal

328.3.

Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə

yüz əlli manat

3 bal

328.4.

 Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat həddindən artıq aşmağa görə

 iki yüz əlli manat

 4 bal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296