AVTO

Sürücülük hüququ olmayanlara avtomobil verənləri nə gözləyir? – CƏRİMƏLƏR
10 AVQUST
2600

Sürücülük hüququ olmayanlara avtomobil verənləri nə gözləyir? – CƏRİMƏLƏR

2017-08-10 16:53:00

Avtomobilini başqasına sürməyə icazə verən vətəndaşlar cərimə oluna bilərlər. Fins.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən əsasən avtomobilini sürücülük hüququ olmayan vətəndaşlara verən vətəndaş buna görə məsuliyyət daşıyır. Söhbət sürücülük vəsiqəsi olmayan, sürücülük kateqoriyası uyğun olmayan, sürücük vəsiqəsinin müddəti bitən və sürücülük hüququ məhdudlaşdırılan şəxslərdən gedir. Sadalanan maddə ilə bağlı müxtəlif hallar üzrə 60 manatdan 6 min manata qədər cərimə, 15 gün inzibati həbs nəzərdə tutulub. Müxtəlif qayda pozuntuları üzrə cərimələrin məbləği belədir:

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

335.1.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə

Fiziki şəxslər 60 manat

Vəzifəli şəxslər  200 manat

Hüquqi şəxslər   2000 manat

335.2.

Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə

Fiziki şəxslər    100 manat

Vəzifəli şəxslər 300 manat

Hüquqi şəxslər 3000 manat

335.3.

Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə

Fiziki şəxslər   180 manat

Vəzifəli şəxslər 500 manat

Hüquqi şəxslər 5000 manat

335.4

335.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə

- fiziki şəxslər 200 manat,

vəzifəli şəxslər 500 manat

hüquqi şəxslər 3000 manat

335.5

Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

 

15 gündən bir ayadək müddətə inzibati həbs

hüquqi şəxslər 5000 manat

335.6.

Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -

 

fiziki şəxslər 400 manat

vəzifəli şəxslər 800 manat

15 gündən bir ayadək müddətə inzibati həbs

hüquqi şəxslər 6000 manat

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287