AVTO

Yol polisi reydlərə başladı – Sürücülərin diqqətinə - VİDEO
04 AVQUST
682

Yol polisi reydlərə başladı – Sürücülərin diqqətinə - VİDEO

2017-08-04 10:20:00

Reyddə əsas məqsəd avtomobillərdən çixan zəhərli maddələrlə havanın çirklənməsinin qarşısını almaqdır.

Artıq 3 gündür yol polisi ölkə ərazisində "təmiz hava" aylığına start verib. 1 ay davam edəcək "təmiz hava" aylığı aksiyasının əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsidir. Bunun üçün avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələr ölçülür. Amma bu bir çox sürücülərin narazılığına səbəb olub.

''Təmiz hava'' aylığı ilə əlaqədar yol polisi reydlərə başlayıb. Səhər saatlarından etibarən paytaxtın şimal girişində Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji nəzarət postunda bu cür avtomobillər saxlanılaraq yoxlanılıb. İlk olaraq ''jiquli'' markalı avtomobil saxlanılıb və avtomobilin havaya buraxdığı qazın faizi ölçülüb. Reyddə əsas məqsəd avtomobillərdən çixan zəhərli maddələrlə havanın çirklənməsinin qarşısını almaqdır.

Onu da qeyd edək ki, minik avtomobillərində bu göstərici 3,5 faizə qədər, yük avtomobillərin də isə 2 faizə qədər olmalıdır. Bir çox sürücü məhz texniki baxışdan dərhal sonra bu cür reydlərin keçirilməsini düzgün hesab etmir.

Ekaloji nəzərət postunun inspektoru Zaur Aslanovun sözlərinə görə, ekalogiyanı çirkləndirənlərin çoxu ili köhnə olan avtomobillrdi.Zaud Aslanov sürücülərin iddalarına da cavab verib.

Normadan artıq atmosferə qaz buraxan 73 avtomobil sahibi barəsində elektron protakol tərtib edilməklə 50 manat məbləğində cərimə olunublar. Reydlər ayın 31-dək davam edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288