AVTO

Dünyada elektrik avtomobillərinin sayı məlum oldu
08 İYUN
253

Dünyada elektrik avtomobillərinin sayı məlum oldu

2017-06-08 15:27:00

2016-cı ildə bütün dünyada elektrik avtomobillərinin 60% artaraq 2 mln. ədədə çatıb. 

Bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) "Qlobal elektrik avtomobili icmalı-2017" adlı hesabatında bildirilir/ 

Sənədə əsasən, elektrik avtomobillərinin sayının kəskin artması bir sıra ölkələrin ətraf mühiti qorumaqla bağlı siyasət yürütməsi ilə əlaqədardır. 

"Elektrik avtomobillərinin sayını artması onlar üçün enerji doldurma stansiyalarının da sayılnın artmasına gətirib-çıxarıb. Təkcə 2016-cı ildə dünyada 2,3 mln. enerji doldurma stansiyası işə başlayıb", - deyə hesabatda qeyd edilib. 

IEA 2020-ci ilə qədər elektrik avtomobillərinin sayının 20 mln.-a, 2025-ci ilə qədər isə 70 mln.-a çatacağını proqnozlaşdırır. 2016-cı ildə bu kateqoriyadan olan nəqliyyat vasitələrinin satış həcminə görə Çin lider olub. İl ərzində Çində 336 min ədəd elektrik avtomobil satılıb. Bu rəqəm ABŞ-da 159 min, Norveçdə 50 min civarında olub. İlk 3-lük qlobal satışın 90%-ni əhatə edib. 

Elekrtik avtomobillərinin satışına görə İlk 10-luqda 37 912 ədədlə Böyük Britaniya, 29 507 ədədlə Fransa, 24 851 ədədlə Yaponiya, 24 612 ədədlə Almaniya, 24 477 ədədlə Niderland, 13 415 ədədlə İsveç, 11 580 ədədlə Kanada da yer alıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288