AVTO

“Toyota” “Tesla” ilə əməkdaşlığı dayandırdı
05 İYUN
273

“Toyota” “Tesla” ilə əməkdaşlığı dayandırdı

2017-06-05 11:40:00

Yaponiyanın “Toyota” şirkəti ABŞ-ın “Tesla” şirkətində sahib olduğu bütün səhmləri satıb.

“Toyota” satdığı səhmlərdən 50 milyon dollar gəlir əldə edib.

Qeyd edək ki, şirkətlər arasında əməkdaşlıq 2010-cu ildə başlayıb. Yaponlar “Tesla”nın səhmlərinin 3,15%-ni 40,5 milyon dollara satın alıb. O zamandan bəri “Toyota” “Tesla” batareyaları ilə çalışan idman avtomobilləri buraxıb.

“Bizim “Tesla” ilə tərəfdaşlığımız sona çatdı, çünki artıq hər hansı yeniliklər yoxdur və biz qərara gəldik ki, əlimizdəki payı sataq”, - deyə “Toyota”dan bildirilib.  

Xatırladaq ki, “Tesla” elektromobillərin istehsalı sahəsində ixtisaslaşıb.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288