AVTO

“Mercedes-Benz”dən tarixi satış rekordu
09 YANVAR
638

“Mercedes-Benz”dən tarixi satış rekordu

2017-01-09 16:16:00

Almaniyanın “Mercedes-Benz” şirkəti 2016-cı ildə 2,08 milyon avtomobil satıb. Fins.az-ın məlumatına görə, müvafiq göstərici şirkətin tarixində rekord hesab edilir.

“Mercedes-Benz”in hesablamasına görə, şirkət 2016-cı ildə premium-klass minik avtomobillərinin satışı üzrə lider olub. Bundan əvvəl “Audi” ötən il ərzində 1,87 milyon satılmış maşın barədə hesabat verib. “Mercedes-Benz”in digər rəqibi “BMW” 2016-cı ildə satışın yekunu barədə hələ məlumat verməyib. “BMW” 11 ay ərzində 1,82 milyon avtomobil satıb.

“Daimler”in başçısı Diter Tsetşe bildirib ki, ardıcıl olaraq altı ildir “Mercedes-Benz”in satış həcmi yüksəlir. Sonuncu il dünya üzrə satış 11,6 faiz artıb.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9483
  • ₽ RUB
    0.0308