AVTO

“Naz Lifan”ın milliləşdirilməsi üçün dövlət dəstəyi lazımdır”– AÇIQLAMA
29 NOYABR
270

“Naz Lifan”ın milliləşdirilməsi üçün dövlət dəstəyi lazımdır”– AÇIQLAMA

2016-11-29 11:54:00

“Naz Lifan” avtomobillərinin milliləşdirilməsi qısa zamanda mümkün olmayacaq”. Bunu fins.az-a açıqlamasında Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev deyib. Onun sözlərinə görə, bir avtomobilin tam milliləşdirilməsi  böyük vəsait tələb edir. Məsələn, bir boyama sexinin yaradılması 4-5 milyon dollara başa gəlir. Və yaxud avtomobilin təkcə bamperlərinin zavodda hazırlanması üçün 3 milyon dollar vəsait tələb edilir. Ona görə də avtomobilin milliləşdirilməsi üçün dövlət dəstəyinə ehtiyac var. Hazırki iqtisadi şəraitdə isə bu mümkün deyil. M.Abdullayev bildirib ki, avtomobilin milliləşdirilməsi planlaşdırılır. Amma bu prosesə iqtisadi durğunluğun aradan qalxmasından sonra başlanıla bilər. Bu isə bir neçə il çəkəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272