AVTO

Bakıda maşınları yeni üsulla kreditə verirlər
21 NOYABR
1663

Bakıda maşınları yeni üsulla kreditə verirlər

2016-11-21 11:51:00
Kredit sərtləşəndən sonra maşın alanlar və ya satanlar başqa üsula əl atmağa başlayıblar. Fins.az-ın məlumatına görə, söhbət rəsmiləşdirilməmiş, satıcı ilə alıcı arasında razılaşdırılmış kreditlərdən gedir.Yəni, alıcı avtomobili sahibindən kreditlə götürür və ödənişi də elə ona edir.

Avtomobilin nağd satışı 8000 manatdır. Lakin ilkin ödəniş 4000 manat etməklə, 24 aylıq kreditlə də avtomobili almaq mümkündür. Söhbət hər hansı bankla bağlanmış kredit müqaviləsindən getmir. Bu krediti avtomobil sahibləri özləri təklif edirlər. Avtomobil satışı saytlarında kifayət qədər bu cür kredit elanları görmək mümkündür. Məsələ bundadır ki, belə halda alıcı ilə satıcı arasında heç bir rəsmi sənədləşmə getmir. Satıcı ilkin məbləği aldıqdan sonra alıcıya sadəcə müvəqqəti etibarnamə verəcəyini deyir.

Müvəqqəti etibarnamə isə heç də avtomobilə mülkiyyət hüququ vermir. Sahibi istənilən vaxt onu ləğv elətdirə bilər. Hüquqşünas Asif Abdullayev qeyd edir ki, nəqliyyat vasitəsi ilə əlaqəli istənilən müqavilə Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçməlidir: "Bu hər iki tərəf üçün-  yəni həm satan, həm avtomobili alan müştəri üçün daha məqsədəuyğundur. Belə ki, həm avtomobili alıcısı, həm də satıcısı vəfat edərkən verilən müvəqqəti etibarnamə hüquqi qüvvəsini itirir. Və yaxud satıcı kredit ödənişi bitdikdən sonra etibarnaməni ləğv edə bilər". Hüquqşünas hesab edir ki, avtomobil alıcıları gözlənilməz vəziyyətlə qarşılaşmamaq üçün hər halda alqı-satqı prosesinin qanuni şəkildə olmasına diqqət yetirməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275