AVTO

“Mercedes BMW-ni yamsılayır” - X6-NIN OXŞARI BAKIDA
18 NOYABR
3097

“Mercedes BMW-ni yamsılayır” - X6-NIN OXŞARI BAKIDA

2016-11-18 12:32:00

Bakıda yeni “Mercedes” modeli satışa çıxarılıb. Bu barədə fins.az-a Mercedes Benz avtomobillərinin Azərbaycanda rəsmi dilleri “AutoStar Kaukasus” şirkətindən bildirilib. Söhbət “BMW X6“nın oxşarı olan “GLC Coupe” modelindən gedir.3.0 l mühərrikli avtomobil 333 və 367 at gücündə buraxılıb. Avtomobilin qiyməti isə 59-60 min avrodur.


“X6” “GLC Coupe”dən fərqli olaraq bazarda daha təcrübəlidir

“GLC Coupe”nin satışa çıxmasında “BMW”də heç də narahat deyillər. Bu avtomobillərin Azərbaycanda rəsmi idxalçısı “İmprotex Motors” şirkətinin satış meneceri Elşən Məmmədov fins.az-a bildirib ki, “Mercedes” daim “BMW”nin inkişaf yolunu izləyir. “BMW X6“ seqmentində satışlar 2008-ci ildən həyata keçirilir. Bu illər əzində “BMW X6“ özünə imic qazana bildi. “Mercedes” bu seqmentin özünün doğrultduğunu gördü. Digər tərəfdən “X6” imic avtomobilidir. Məsələn, “X5” və onun seqmentində olan digər markalara aid modellər daha çox ailəvi model olaraq nəzərdə tutulub. “X6” isə görünüşü ilə sport və imic avtomobilidir.

 

“Mercedes”in “X6” kimi imic modeli yox idi”

“Mercedes” də isə belə bir model yox idi. Ona görə də, “GLC Coupe”ni bazara çıxarmağı qərara aldılar. E.Məmmədov bildirib ki, yeni model bütün göstəricilərinə görə, “X6”ya yaxındır.  Amma “GLC Coupe” yeni model olduğu üçün satışlarda uğur qazana bilər.

 

“GLC Coupe”nin necə maşın olduğu 1-2 il sonra məlum olacaq”

Amma avtomobilin bazar üzrə nə dərəcədə effektiv olduğu, özünü doğrultması 1-2 il ərzində məlum olacaq. E.Məmmədov bununla belə, “X6”nın “GLC Coupe”dən bir sıra üstünlüklərinin olduğu deyib.

 

“X6” idarəetmədə “GLC Coupe”dən daha dinamikdir”

Birincisi, “X6” 8 il müddətində artıq bazarda özünə yer qazanıb və zamanla müştərilərin rəyləri və araşdırmalar nəticəsində təkmilləşib. Digər tərəfdən artıq özünün bazarı və müştəriləri var.Bundan əlavə, avtomobilin idarə etməsi təcrübədən keçib və “GLC Coupe”dən daha dinamikdir.Xüsusilə də, yol dairəsində dönmələr “X6”da daha rahatdır. Onun sözlərinə görə, ümumilikdə hər iki model komfortludur. Amma komfort sevər varlı “X6” sahibi “GLC Coupe”ni sürərkən fərqi dərhal hiss edəcək. Yəni, uzun zaman “BMW”yə alışan müştəri həmin başqa avtomobilə öyrəşə bilmir.

 

“Porsche” də “BMW”ni yamsılayır”

E.Məmmədov bildirib ki, “Mercedes” təkcə “X6” modelinin deyil, “X5” və “X4” modellərinə uyğun seqmentdə də avtomobillər buraxıb. Onun sözlərinə görə, dünya avtomobil bazarında da hazırda tələblər dəyişir. Belə ki, müştərilər artıq lüks modellərin kiçik versiyalarına üstülük verirlər. “BMW X6” seqmentində olan modellər küçələri daha geniş olan Amerika və Rusiya bazarında maraqla qarşılanır. Avropalı müştərilər isə həm qiymətə,yanacaq sərfinə, həm də kiçik küçələrə uyğun olaraq “X1”- “X4” seqmentində kiçik lüks modellərə üstünlük verirlər. Onun sözlərinə görə, “Mercedes” “X6” seqmentində ehtiyatlı davranaraq yeni modelini gec buraxsa da, digər seqmentlərdə daha operativ davranaraq modellər satışa çıxarıb. E.Məmmədovun sözlərinə görə, təkcə “Mercedes” deyil, “Porsche” də “BMW” təcrübəsindən yararlanaraq “X4” seqmentində “Macan” modelini satışa çıxarıb.

 

“Avtokapital”: “Bakıda 2 maşından 1-i ”Mercedes”dirsə,əlavə sözə ehtiyac yoxdu”

“Mercedes” avtomobillərinin Azərbaycanda distribütoru “Avtokapital” şirkətinin rəhbəri Eldəniz Məmmədov fins.az-a açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bu yanlış fikirdir, “Mercedes” heç bir markanı yamsılamır: “Çin şirkətləri “Porsche”, “Range Rover” markalarının tam oxşarını hazırlayırlar. Amma bu avtomobillər nə “Porsche”, nə də “Range Rover” ola bilər”. O bildirib ki, əhəmiyyətli olan avtomobilin önündə yazılan markadır. Avtomobillər eyni seqmentdə olduğu üçün kuzovda oxşarlıq ola bilər. Amma bu həmin avtomobilin eynisi demək deyil. Kuzovlar oxşar olsa da, hər avtomobilin özünəməxsus kefiyyətləri var. “GLC Coupe” də “Mercedes”in yeni təqdim etdiyi belə modellərdən biridir. O əlavə edib ki, “Mercedes”in özünü reklama və ya başqa brendə bənzətməyə ehtiyacı yoxdur: “Son 10 ilin statistikasını izləsəniz, Bakıda sürülən hər 2 maşından 1-nin “Mercedes” oldunu müəyyən edə bilərsiniz.Ona görə, əlavə nəsə deməyə ehtiyat yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272