AVTO

Bu avtomobillərin servisi ucuzlaşdı
16 NOYABR
733

Bu avtomobillərin servisi ucuzlaşdı

2016-11-16 16:07:00

Bakıda rəsmi avtmobil dilerləri avtomobil satışlarında yaranan böhranı servis və ehtiyat hissələri satışı hesabına kompensasiya etməyə çalışırlar. İlin souna doğru şirkətlər bu xidmətlərdə endirim etməklə servis sahəsində canlanma yaratmağa  yaratmaq istəyirlər. Fins.az-ın məlumatına görə, artıq bəzi şirkətlər servis və ehtiyat hissələrinə endirim kampaniyası keçirirlər. Söhbət “Ford”, “Nissan”, “İnfiniti” və “Reno” modellərindən gedir. Bu avtomobillərin rəsmi idxalçısı “Nurgun Motors” şirkətindən fins.az-a verilən məlumata görə, xidmətin  həcmindən aslı olaraq ehtiyat hissələrinin qiymətlərinə 5-10 %, usta haqqına isə 5-15% endirim edilir.Təklif edilən endirim noyabr ayının sonuna qədər qüvvədə olacaq.

“Ford”, “Nissan”, “İnfiniti” və “Reno”ların diaqnostikası pulsuz oldu

Şirkətə daxil olan rəsmi servislərdən fins.az-a bildirilib ki, ayın sonuna kimi bu avtomobillərin hərəkətli hissələrinin diaqnostikası müştərilərə pulsuz həyata keçirilir.

“174 manatlıq işi 152 manata görürük”

Bundan əlavə, çilingər xidmətləri və ehtiyat hissələri daha aşağı qiymətə təklif edilir. Xidmətin həcmi 100-200 manatdırsa, ehtiyat hissələrinə 5 %, usta xərcinə 5 %, 200-500 manat arasında hər ikisinə görə 10 %,  500 manatdan yuxarıdırsa usta xərcinə 15%, ehtiyat hissələrinə 10 % endirim edilir.Şirkətdən bildirilib ki, endirim mühərrik və elektrik sistemindən başqa bütün xidmətlərə aid edilir. Buna daha çox istifaə edilən xidmətlərdən, yağ dəyişmə, filtirlərin yenilənməsi, əyləc qəlibləri, şamları aid etmək olar.

Məsələn, adi qaydada  “Ford Explorer” modelinin yağ dəyişməsi filtir və usta xərci ilə birlikdə 144 manata başa gəlir. Servis bunu endirimlə 130 manata həyata keçirir. Və yaxud  eyni avtomobilin şamları adi qaydada 112 manat, dəyişilməsi 62 manata başa gəlir. Şirkət şamlara görə 100 manat, xidmət haqqına görə isə 52 manat olmaqla ümumilikdə 152 manat ödəməli olacaq.

Köhnə avtomobillərə daha çox endirim edilir

Köhnə avtomobillərə  servisi  və ehtiyat hissələri daha ucuz başa gəlir. Şirkətdən verilən məlumata görə, zəmanəti bitən “Ford”, “Nissan”, “İnfiniti” və “Reno” avtomobillərinə   əlavə 10 % endirim nəzərdə tutulub. Məsələn, “Explorer” modelində şamların dəyilməsi xərci adi qaydada 174 manata başa gəlirsə, zəmanət müddəti bitən maşın üçün bu xidmət 136 manata təşkil edir.

 “80 manatlıq razval-balans indi 64 manata olub”

Servisdən bildiriblər bundan əlavə, razval və balans xidmətinə görə, 20 % endirim edilir. Məsələn, bu xidmətlərin hər birinin qiyməti 40 manatdır.  Ümumilikdə 80 manatlıq xidmət 64 manata təklif edilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271