AVTO

“Uber”dən Müstəqillik Günü ilə bağlı – KAMPANİYA
18 OKTYABR
544

“Uber”dən Müstəqillik Günü ilə bağlı – KAMPANİYA

2016-10-18 15:54:00

“Uber” Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə Bakıda xüsusi avtomobilləri xəttə buraxıb. Şirkətdən fins.az-a verilən xəbərə görə, bu gün Bakıda “Uber” sifariş etdikdə istifadəçilər “uberX” avtomobillərini smartfonun ekranında milli bayrağın rənglərinə boyanmış halda görəcəklər. Aksiya bütün gün ərzində davam edəcək.

Azərbaycanın Müstəqillik Günündə və digər adi günlərdə gediş haqqı dəyişməz qalıb: “uberX” ilə avtomobilin sifariş ünvanına çatdırılma qiyməti 0,55 AZN, hər dəqiqəyə görə 0,02 AZN, hər kilometr üçün 0,34 AZN təşkil edir (bütün üç tərkib hissə toplanır); “UberSELECT” ilə isə müvafiq olaraq 0,80 AZN, 0,03 AZN və 0,40 AZN təşkil edir (bütün üç tərkib hissə toplanır).

İstifadəçilər gediş qiymətini gedişdən öncə tətbiq vasitəsi ilə hesablaya və bu məbləği yol yoldaşları arasında bölə biləcəklər. Müvafiq seçimlər tətbiqdə təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272