AVTO

Yol polisi bir gündə 8984 sürücünü cərimələyib
13 OKTYABR
503

Yol polisi bir gündə 8984 sürücünü cərimələyib

2016-10-13 09:10:00

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları bir gün ərzində 8984 sürücünün inzibati xəta törətdiyini aşkar edib.

Bu barədə idarədən məlumat verilib.

Məlumata görə, oktyabrın 11-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 40-ı sükan arxasına sərxoş halda əyləşdiyinə, 5-i isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.

Sürət həddini aşdığına görə 4873 sürücüyə elektron protokol (MMX) tərtib edilib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272