AVTO

Bakıda yeni “Hyundai” satışa çıxdı – QİYMƏTLƏR
04 OKTYABR
5140

Bakıda yeni “Hyundai” satışa çıxdı – QİYMƏTLƏR

2016-10-04 10:47:00

Bakıda yeni “Hyundai” modeli satışa çıxarılıb. Söhbət yeni “Hyundai Tucson Turbo” modelindən gedir. Bu barədə fins.az-a “Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi “Auto Azerbaijan” şirkətindən bildirilib. Yığcam SUV sinifində aid 2015-ci ilə kimi ix35 adlandırılan model 2015-cı ildə yeniləndi və keçmiş “Tucson” adı ilə təqdim edildi. Bakıda yenicə satışa çıxarılan 2016-cı il model “Hyundai Tucson Turbo”  isə bir sıra yenilikləri ilə ötənilki versiyadan fərqlənir. Avtomobil sələfindən daha geniş və uzun ölçülərə malikdir. O cümlədən, modelin dizaynı yenilənib. Avtomobil ən son texnologiya və təhlükəsizlik sistemləri ilə təhciz edilib.

Sələfindən 1 litr az yanacaq işlədir 

Azərbaycan avtomobil bazarında hazırda tələbat daha çox kiçik ölçülü  və az yanacaq işlədən avtomobillərədir.Avtomobil şirkətləri də yeni model seçərkən artıq bazarı nəzərə almağa başlayıblar. Yeni modelin də əsas üstünlüklərindən biri  yanacaq sərfiyyatının əvvəlki versiya ilə müqayisədə daha az olmasıdır.Məsələn, 2015-ci il model “Hyundai Tucson” 155 at gücündə 2.0 litr mühərriklə təhciz edilmişdi. Yanacaq sərfiyyatı 100 kilometr məsafəyə 9,5 litr təşkil edirdi. 

Yeni “Tucson Turbo” isə əksinə, daha yığcam mühərriklə  daha böyük güc qazandırır.Belə ki,177 at gücündə 1.6 litr turbo mühərrik daha güclü və qənaətcildir. 100 kilometr məsafəyə 1 litr az, yəni 8,5 litr yanacaq işlədir.

 Yeni “Tucson” daha sürətlidir

“Hyundai Tucson”da yanacaq sərfiyyatının aşağı düşməsini təmin edən digər texnologiya sürətli çarx keçidləri olan 7 pilləli avtomat sürətlər qutusudur.Əvvəlki versiyalar 6 pilləli sürətlər qutusu ilə təchiz edilirdi. İndi, 1.6 litr mühərrik ilə yeni 7 pilləli sürətlər qutusunun birləşməsi nəticəsində yeni “Hyundai Tucson” daha yüksək performans və yaxşı yanacaq qənaəti təmin edir. Üstəlik yeni avtomobil  sələfindən daha sürətlidir. 2015-ci il model “Tucson”un maksimal sürəti 198 saat/km-dırsa, yeni model saatda 205 kilometr sürət yığa bilir.  

 Bu avtomobili kimlər alır?

“Auto Azerbaijan” şirkətindən fins.az-a bildirilib ki, yeni “Tucson Turbo” modelinin əsas müştəriləri əsasən gənc nəsildir. Belə ki, bu avtomobili daha çox 30-45 yaşlarında uğurlu iş adamları, menecerlər, gənc ailələr və son trendləri təqib edən gənclər alır.Yeni modelin daha az yanacaq işlətməsi onu daha da cəlbedici edib.  

Qiyməti 27600 dollardır

Avtomobilin qiymətinə gəlincə, “Auto Azerbaijan”dan bildirilib ki, tam komplektasiyalı yeni modeli 27600 dollara əldə etmək olar.Avtomobil dollar ekvivalentində manatla satılır. Amma bu yekun qiymət deyil, opsiyalardan və əlavə təhcizatdan aslı olaraq avtomobilin qiyməti dəyişə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270