AVTO

3 fərqli mühərrikli yeni "Hyundai" satışa çıxarılır
20 SENTYABR
980

3 fərqli mühərrikli yeni "Hyundai" satışa çıxarılır

2016-09-20 14:22:00

“Hyundai” şirkəti innovativ yeniliklərlə zəngin tam yeni modelini Avropa bazarına təqdim edib. Fins.az-ın məlumatına görə, söhbət alternativ enerji ilə işləyən avtomobillər seriyasına başçılıq edən “Hyundai Ioniq” modelindən gedir. Yeni model eyni kuzovda elektrik, plug-in və benzinli hibrid olmaqla 3 fərqli mühərrikdə istehsal edilib.

Hibrid sinfində ən az yanacaq işlədən avtomobil

 Cenevre avtomobil sərgisinin  əsas yeniliklərindən olan avtomobil seqmentindəki  yeni “Hyundai” modellərindən 25  % daha yüngüldür.Nəticədə “IONIQ”  hibrid sinfində  ən az yanacaq işlədən avtomobilə çevrilib.

Ən az karbon buraxır

“IONIQ Hybrid”  1.6 GDI dörd silindirli yeni benzin mühərrik və lityum-iyon polimer batareya ilə təhciz edilib. Benzin mühərrik 105  at gücündədir. Bataryanın gücü isə 32 kW-dur. “IONIQ Hybrid” rəqibləri ilə müqayisədə atmosferə ən az karbon buraxan  avtomobildir.

Təkcə elektrik mühərriki 50 kilometr gedir

Enerji toplamaqla işləyən “IONIQ Plug-in” 1.6 GDI benzinli mühərriklə 45 kW-luq  elektrikli mühərriki bir kapotun altına sığışdırıb.“IONIQ Plug-in”in təkcə elektrik mühərriki bir dəfəyə 50 kilometr məsafə qət etməyə imkan verir.

Elektrikli “IONIQ” bir dəfəyə 250 kilometr gedir

 “IONIQ Electric”isə 88 kW (120 at gücü) gücündəki elektrikli mühərrik ilə 250 kilometrdən artıq məsafə qət edə bilir.Avtomobilin maksimal sürəti isə 165 km/s təşkil edir.Avtomobil elektrikli mühərriklə təhciz edildiyi ekoloji cəhətdən təmizdir.

Salon və qapılar tulantı plastikdən hazırlanıb

Avtomobilin 53% hissələrinin hazırlanması üçün möhkəm poladdan istifadə edilib. Az yanacaq işlətməsi və atmosferə az miqdarda karbon buraxması ilə yanaşı, avtomobil ətraf mühitin tullantılardan təmizlənməsində də rol  oynayır.Belə ki, “IONIQ”in bəzi detalları tullantı plastiklərin təkrar emalı ilə hazırlanır.Avtomobilin salonunda və qapılarda daha çox istifadə edilən bu plastik həmin hissələrin çəkisini 20 % azaldıb. Avtomobilin qiymətinə gəlincə, hələlik bu barədə məlumat verilmir.

“Auto Azerbaijan”: “Tələb olarsa, “IONIQ” də Bakıda satışa çıxarılacaq”

“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi təmsilçisi “Auto Azerbaijan” şirkətindən fins.az-a bildirilib ki, hələlik bu modelin ölkəyə gətirilməsi gündəmdə deyil.Belə ki, Azərbaycanda elektrik və hibrid mühərrikli avtomobillərə tələbat yoxdur: “Tələb olarsa, bu modelləri də gətirə bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270