AVTO

Ölkəyə gətirilən avtomobil 6 dəfə azalıb
16 SENTYABR
259

Ölkəyə gətirilən avtomobil 6 dəfə azalıb

2016-09-16 14:33:00

2016-cı ilin yanvar-avqust aylarında Azərbaycana 3,454 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,1 dəfə azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 2,981 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb (azalma 6,3 dəfə).

Cari ilin yanvar-avqust aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 342 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 4,2 dəfə) və 77 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 2,6%) idxal edilib.

Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 54 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 12,6 dəfə) gətirilib.

2014-cü ildən etibarən Azərbaycana minik maşınlarının idxalında azalma müşahidə olunur.

Mənbə: İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272