AVTO

London taksiləri bir-bir satılır - QİYMƏT
06 SENTYABR
5191

London taksiləri bir-bir satılır - QİYMƏT

2016-09-06 12:29:00

Baku Taxi şirkəti öz biznesində ziyana düşüb. Belə ki, "London taksi"lərinin istismarı şirkətə xeyir verməyib, əksinə zərərlə işləməsinə səbəb olub. 

Qeyd edək ki, şirkətin malik olduğu 1000-ə yaxın avtomobil ancaq paytaxtda fəaliyyət göstərirdi. 

Nəzərdə tutulan xərcləri ödəmək məqsədilə şirkət ilin əvvəlindən bəri 19 taksisini satıb. Avtomobillərin hər biri 19 min manata satılıb. 

Halbuki, Azərbaycan 2012-ci ildə "Avrovision"a ev sahibliyi edərkən bu avtomobillərin hər biri üçün Manganese Bronze Holdings şirkətinə 27-35 min manat ödəmişdi. 

Hazırda "London taksi"lərində 10 kilometrə qədər hər kilometrin qiyməti 0,7 manat təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272