AVTO

"Uber" Azərbaycanda nağd ödənişə keçdi
19 İYUL
465

"Uber" Azərbaycanda nağd ödənişə keçdi

2016-07-19 15:38:00

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda yeni nağd ödəniş sistemini istifadəyə verib.

Fins.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, istifadəçilər ödəniş növünü seçmək, sürücülər isə gündəlik xərcləri üçün müəyyən məbləğdə nağd vəsait arzusundadırlar. Beləliklə, nağd hesablaşmanın tətbiqinə görə Bakı sayca ilk paytaxt və Yekaterinburqdan sonra ikinci şəhər oldu.

Artıq test rejimində fəaliyyət göstərən “nağd ödəniş” opsiyası adi kart ödənişi ilə paralel əlçatan olacaq. Nağd ödəniş həyata keçirmək üçün istifadəçi tətbiq vasitəsilə avtomobili sifariş etdiyi zaman arzuladığı ödəniş növünü seçməlidir.

Gediş haqqı tam şəffaf olaraq qalır və əvvəlki kimi sürücü tərəfindən deyil, sistem vasitəsilə öncədən məlum tariflərlə müəyyən olunur: avtomobilin çatdırılması – 0,55 AZN, bir kilometr üçün – 0,34 AZN və hər bir dəqiqə gediş üçün 0,02 AZN.

Hava limanına gediş də yeni müəyyən edilmiş tariflə hesablanır: aeroporta gediş 7 AZN və 1 AZN hava limanının ərazisinə daxil olmaq üçün. Əvvəllər olduğu kimi istifadəçi gedişin təxmini qiymətini tətbiqdə xüsusi opsiya vasitəsilə öncədən öyrənə bilər.

“Nağd ödəniş” opsiyasını seçdikdə gediş haqqı səfər başa çatdıqdan dərhal sonra sürücünün smartfonunun ekranında göstəriləcək. Bununla yanaşı, sürücü istifadəçiyə qalıq məbləği qaytara biləcək.

Ödənişdən asılı olmayaraq hər gedişin sonunda istifadəçi elektron poçt ünvanına marşrut, avtomobil sifariş verilən yer, çatdırılma ünvanı və qiymət barədə məlumat alacaq.

Son bir neçə ay ərzində “Uber” Bakıda göstərdiyi xidməti istifadəçilərin tələblərinə uyğunlaşdırması üzrə işlər aparıb. Belə ki, cari ilin mart ayında platformasının effektivliyi hesabına “Uber” şəhər üzrə gediş haqqını endirib. Qiymətləri aşağı saldıqdan sonra istifadəçilər tərəfindən tələb artıb, sürücülər isə layiqli qazanc səviyyəsini qoruyub saxlaya biliblər.

Hazırda “Uber” Bakının ən əlçatan nəqliyyat vasitəsinə çevrilib: minimal gediş haqqı şəhərin mərkəzində yerləşən dayanacaqlardan belə ucuzdur:

“Neftçilər” – “Nəriman Nərimanov” 3-4 AZN
“Gənclik” – “28 May” 2-3 AZN
“Elmlər Akademiyası” – “İçərişəhər” 2-3 AZN
“Nizami” – “Sahil” 1-2 AZN
“Nəriman Nərimanov” – “28 May” 1-2 AZN
“28 May” – “Sahil” 1-3 AZN
“Nizami” – “28 May” 1-2 AZN
“Sahil” – “Caspian Plaza” 1-2 AZN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270