AVTO

Avtomobil idxalı kəskin azalıb
18 İYUL
243

Avtomobil idxalı kəskin azalıb

2016-07-18 14:28:00
Bu ilin 6 ayında Azərbaycana 2 573 avtomobil idxal olunub. Bu rəqəm ötən il 17 640 ədəd olub. Yəni ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı yeddi dəfə azalıb. Bu barədə Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
 
Ən böyük azalma minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri üzrə qeydə alınıb: 2 222. Halbu ki, ötən il cari dövründə ölkəyə 15 745 minik avtomobili idxal edilmişdi. Yük daşımaq üçün motorlu nəqliyyat vasitələri ötən il 1 126 ədəd olmuşdursa, bu ilin yarısında 252-ə düşüb.   Nəzərə çarpan azalmalardan biri də 10 nəfərdən yuxarı tutumu sərnişindaşıma vasitələridir. Beləki, ötən ilin 6 ayında 590 nəqliyyat vasitəsi gətirilmişdisə, bu ilin 6 ayında cəmi 60 ədəd olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275