AVTO

«Toyota»ları kim daha ucuz satır? – ARAŞDIRMA
15 İYUL
6510

«Toyota»ları kim daha ucuz satır? – ARAŞDIRMA

2016-07-15 13:18:00

Azərbaycanda «Toyota» avtomobillərinin satışını iyun ayından etibarən  «Toyota Bakı Mərkəzi» ilə yanaşı yeni açılan «Toyota Abşeron Mərkəzi» də həyata keçirir.

Fins.az hər iki mərkəzdə  avtomobillərin satış qiymətləri ilə bağlı araşdırma aparıb.  Məlum olub ki, «Toyota Abşeron Mərkəzi» avtomobillərin qiymətini dollarla göstərir, amma dollar ekvivalentində Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla satır.

Müqayisə zamanı məlum olub ki, hazırkı məzənnəni nəzərə alanda əksər «Toyota»lar  Toyota Abşeron Mərkəzində 1000-1900 manat daha ucuz satılır. 

«Toyota Corolla»larda 1000 manat fərq

Sadə komplektasiyalı  1.6 lmühərrikli avtomat sürət qutulu «ToyotaCarolla» modelini  Toyota Bakı Mərkəzi 29 100 manata, Toyota Abşeron Mərkəzi isə 28 024 manata təklif edir. 

Mexanika«Corolla» Toyota Bakı Mərkəzində  400 manat ucuzdu

Eyni avtomobilin 1.3 l mühərrikli mexaniki sürət qutulu versiyası isə Toyota Bakı Mərkəzində 400 manat daha ucuzdur. Yəni,  birinci dillerdə 24 min manata satılan avtomobil ikincidə 24 428 manata təklif edilir. 

«Fortuner»i yeni dillerdə 1 385 manat ucuz almaq olar

Nisbətən iri mühərrikli  «Fortuner» modelini də yeni dillerdən daha ucuz almaq mümkündür. Toyota Bakı Mərkəzində 53 min manata satılan sadə komplektasiyalı eyni modeli 1385 manat ucuz olmaqla 51 615 manata almaq olar. 

Yeni«RAV4»rdə 1570 manat rq

Toyota Abşeron Mərkəzi  2016-cı il«RAV4» avtomobillərini 1570 manat daha ucuz, yəni 38 130 manata satır. Eyni model Toyota Bakı Mərkəzində 39 700 manata təklif edilir. 

«Camry»rdə 1600 manat qiymərqi

Sadə komplektasiyalı 2.5l mühərrikli 2016-cı il model«Camry» modellərinin qiymətlərində isə 2 diller arasında 1600 manat fərqvar. Bu modeli Toyota Bakı Mərkəzi 44700 manata, Toyota Abşeron Mərkəzi isə 43 105 manata satır. 

Ən böyük qiymət fərqi «Prado»dadır -1 975 manat

Yeni «Prado»larda qiymət fərqi isə daha çoxdur. 2.7 l mühərrikli 2016-cı il model maşını yeni dillerdən 1 975 manat daha ucuz olmaqla 61 225 manata almaq olar. Toyota Bakı Mərkəzində  yeni “Prado” 63200 manata satılır. 

Zəmanət müddəti eynidir 

Qeyd edək ki,  avtomobillərə verilən zəmanət müddəti  hər iki dillerdə eynidir. Belə ki, bütün «Toyota» modellərinə  100 min kilometr və ya 3 il zəmanət verilir. 

«Müşriləendirim edirik»

Toyota Abşeron Mərkəzindən fins.az-a verilən məlumata görə, diller yeni fəaliyyətə başladığı üçün müştərilərə endirim edilir. Ona görə də burada satılan modelləri  əldə etmək daha ucuz başa gəlir. 

Toyota Bakı Mərkəzi: «Müştərilər müraciət edəndə endirim olunur»

Məsələ ilə bağlı Toyota Bakı Mərkəzindən fins.az-a bildiriblər ki, qiymətlərdə  böyük bir fərq yoxdur. Digər diller qiymətləri dollar ekvivalentində göstərdiyi üçün məzənnədə baş verən hər hansı dəyişiklik qiymətlərdə kiçik fərqlərə səbəb ola bilər. Müştəri müraciət etdiyi zaman  müəyyən qədər endirim edilir. Ümumilikdə isə hər hansı nəzərə çarpacaq böyük qiymət fərqi yoxdur. Çünki dillerlər Toyota Azərbaycanın müəyyən etdiyi maksimum həddən yuxarı qiymətə avtomobil sata bilməzlər. 

N

Model

Mühərrik

Qiymətlər

Toyota Bakı Mərkəzi

Toyota Abşeron Mərkəzi

1

Corolla 2016

 1.6  l

29 100

28 024

2

Corolla 2016

1.3l

24  000

24 428

3

Camry

2.5 l

44 700

43 105

4

RAV4

2.0l

39 700

38 130

5

Prado 2016

2.7l

63 200

61 225

6

Fortuner

2.7l

53 000

51 615

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272