AVTO

Bakıda «Nissan»lar 50 %-dək bahalaşdı - QİYMƏTLƏR
09 İYUN
1045

Bakıda «Nissan»lar 50 %-dək bahalaşdı - QİYMƏTLƏR

2016-06-09 14:02:00

Azərbaycanda “Nissan” avtomobilləri bahalaşıb. Fins.az-ın məlumatına görə , may  ayında etibarən  avtomobillərin qiyməti  50 %-ə kimi artıb.

Məsələn mexaniki sürət qutulu 2015-ci il model “Nissan Sunny” aprel ayının sonunda 14900 manata təklif edilirdisə, indi avtomobil 15900 manata kimi bahalaşıb.

Eləcə də bax: 15 000 manata hansı avtomobili almaq olar? – SİYAHI – QİYMƏTLƏR

1.6 l mühərrikli “Sentra”modeli 10 min manat bahalaşaraq 29900 manat olub.  36900 manatlıq 2015-ci il model “Altima” avtomobilləri 39900 manata satılır. Avtomobilin 2016-cı il versiyasının qiyməti hətta 49900 manatdır.

«Nissan X-Trail» modellərində də 10 min manat qiymət fərqi var. 39 900 manatlıq avtomobil  indi təhcizatdan aslı olaraq 49- 53 min manata təklif edilir.  Bundan əlavə,  yeni «Dotster» və «Qaşqai» modelləri satışa çıxarılıb. «Dotster» Bakıda 19500 manata, «Qaşqai» modelləri isə 41900-46900 manata satılır.

«Nissan» avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı «Nurgun Motors» şirkətindən fins.az-a verilən məlumata görə,  avtomobillərin bahalaşması  dolların məzənnəsinin dəyişməsi ilə bağlıdır. Belə ki, ölkəyə gətirilən yeni modellər artıq yeni məzənnə ilə satışıa çıxarılır. Bu isə qiymətlərdə fərq yaradır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274